Xidmətlərimiz

Aktivlərin və iqtisadi göstəricilərin qiymətləndirilməsi

Daşınar və daşınmaz əmlak, biznes, qeyri-maddi aktivlər, zərər və digər obyektlərin qiymətləndirilməsi.

Proxima Group qiymətləndirmə obyektinin xüsusiyyətlərini, məqsədi, qiymətləndirmə tarixini və məlumatların əlçatanlığını nəzərə alaraq müvafiq metodologiya əsasında qiymətləndirmə xidmətləri təqdim edir.

Qiymətləndirmə istiqamətləri

Proses

  1. məqsədin, obyektin və qiymətləndirmə tarixinin müəyyənləşdirilməsi;
  2. sənədlərin və məlumatların toplanması;
  3. obyektin xüsusiyyətlərinin araşdırılması;
  4. uyğun metodologiyanın seçilməsi;
  5. məlumatların təhlili;
  6. nəticələrin hesabatda əsaslandırılması.

Qiymətləndirmənin əhatə dairəsi və yekun hesabatın formatı hər tapşırıq üzrə ayrıca razılaşdırılır.

Tez-tez verilən suallar

Qiymətləndirmə üçün hansı məlumatlar lazımdır?

Bu, obyektdən və məqsəddən asılıdır: daşınmaz əmlak üçün mülkiyyət və texniki sənədlər, biznes üçün maliyyə hesabatları və fəaliyyət göstəriciləri. Tələb olunan siyahını ilkin görüşdə müəyyənləşdiririk.

Məqsəd niyə əvvəlcədən göstərilməlidir?

Qiymətləndirmənin məqsədi (alqı-satqı, girov, mühasibat, mübahisə və s.) dəyərin növünü, metodologiyanı və hesabatın formatını müəyyənləşdirir.

Dəymiş zərərin qiymətləndirilməsi nə vaxt lazım olur?

Əmlaka zərər dəydikdə və ya fəaliyyətin dayanması səbəbindən mənfəət əldən çıxdıqda, zərərin həcmini əsaslandırmaq üçün.

Qiymətləndirmə obyektini və məqsədi bizə yazın, işin həcmini birlikdə müəyyənləşdirək: bizimlə əlaqə saxlayın.

Saytda axtarış