Xidmətlərimiz

Əsas vəsaitlər üzrə faktiki vəziyyətin yoxlanılması

Əsas vəsaitlərin siyahı üzrə yoxlanılması, faktiki vəziyyətin qeydə alınması və inventar məlumatlarının tutuşdurulması.

Əsas vəsaitlər barədə uçot məlumatlarının faktiki vəziyyətlə uyğunlaşdırılması təşkilatın aktivləri haqqında daha aydın təsəvvür formalaşdırmağa kömək edir. Proxima Group razılaşdırılmış iş çərçivəsində təqdim edilmiş inventar siyahısının faktiki baxış nəticələri ilə tutuşdurulmasına və müşahidələrin sənədləşdirilməsinə dəstək verir.

İşin əhatəsi

  • inventar siyahısının ilkin təhlili;
  • aktivlərin adı, inventar və ya seriya nömrəsi və yerləşdiyi yer üzrə identifikasiyası;
  • faktiki baxış nəticələrinin qeydə alınması;
  • siyahı ilə faktiki məlumatlar arasında görünən uyğunsuzluqların qeyd edilməsi;
  • zəruri hallarda fotoqeydiyyat;
  • nəticələrin razılaşdırılmış formatda sistemləşdirilməsi.

Nəticə

Tapşırığın həcmindən asılı olaraq baxış aktı, tutuşdurma cədvəli, qeydə alınmış uyğunsuzluqlar və əlavə araşdırma tələb edən məsələlərin siyahısı təqdim edilə bilər. Baxış zamanı qüsuru olan aktivlər üzrə texniki rəy və qüsur aktı da hazırlana bilər.

Tutuşdurmanın mərhələləri barədə ətraflı: İnventar siyahısının faktiki vəziyyətlə tutuşdurulması necə aparılır?

Vacib: işin həcmi, obyektlərin sayı, baxış imkanları və yekun sənədlərin formatı əvvəlcədən razılaşdırılır. Bu xidmətin rəsmi inventarizasiya və ya mühasibat uçotu prosedurunu əvəz edib-etməməsi konkret tapşırıq və səlahiyyətlər əsasında ayrıca müəyyənləşdirilir.

Tez-tez verilən suallar

İnventar auditi rəsmi inventarizasiyanı əvəz edirmi?

Bu, tapşırığın məqsədindən və təşkilatın daxili qaydalarından asılıdır və hər tapşırıqda ayrıca müəyyənləşdirilir. Tutuşdurmanın nəticələri təşkilatın öz prosedurları üçün məlumat bazası kimi istifadə oluna bilər.

Hansı uyğunsuzluqlar qeyd olunur?

Siyahıda olub yerində tapılmayan, yerində olub siyahıda olmayan, nömrəsi, adı və ya yerləşdiyi yer uyğun gəlməyən aktivlər, həmçinin vəziyyəti siyahıdakı məlumatdan fərqlənənlər.

İnventar siyahınızı və yoxlanılacaq obyektləri bizə göndərin, işin həcmini birlikdə müəyyənləşdirək: bizimlə əlaqə saxlayın.

Saytda axtarış